Sürpriz kupon – 16.01.2022
“Auqsburq” – “Ayntraxt” – 2
“Auqsburq” autsayderlər qrupundadır. “Ayntraxt” isə son oyunlarda pis təsir bağışlamır. Yuxarı pillələr uğrunda mübarizə aparan “Ayntraxt”ın bu qarşılaşmadan qalib ayrılacağına daha çox inanıram.
“Atalanta” – “İnter” – qol /qol
İddialı və hücum futbolu sərqiləyən komandaların görüşü. Təbii ki, oyunun fovariti “İnter” sayılır. Amma “Atalanta”nı da hesabdan silmək olmaz. Berqamo klubu “İnter”ə qarşı ev oyunlarında pis çıxış etmir. Fikrimcə, bu oyuna ən düzqün proqnoz qol-qol olar.
“Elçe” – “Villareal” – 2
Yüksəlişdə olan “Elçe” stabil oyunu və məhsuldarlığı ilə seçilən “Villarealı” qəbul edir. Son oyunlarda rəqiblərinə baş ağrı olan “Elçe” bu oyunda da asan təslim olmayacaq. “Villareal” son turlarda məğlub olmur. Demək olar hər oyun azı 2-3 top vurmağı bacarır. Rəqib meydanında qol vurmaq bacarıqlarını nəzərə alıb qələbəni “Villareal”a verirəm.