Sürpriz kupon – 15.09.2024

Sürpriz kupon – 15.09.2024

Jirona – Barselona X

4 tura 4 qələbə qazanan “Barselona” nə vaxtsa dayanmalıdır. “Jirona” ilə səfər görüşü onlar üçün ən çətin oyunlardan biri olacaq. “Jirona” sıradan rəqib deyil. Fikrimcə bu qarşılaşmada “Barselona” xal itirəcək və görüş heç-heçə bitəcək.

Sabah – Turan Tovuz X

Mövsümə yaxşı başlayan “Turan” bunun təsadüf olmadığını “Sabah” səfərində də göstərməyə çalışacaq. Çempionatımızın lideri uduzmamağa çalışacaq. Məncə bacaracaqlar da. Qarşılaşmanın heç-heçə başa çatacağını ehtimal edirəm.

Trabzonspor – Beşiktaş 1

Qələbəyə həsrət qalan “Trabzonspor” yeni baş məşqçisi Şenol Günəşlə ilk oyununa çıxacaq. Şenol Günəş “Beşiktaş”ı yaxşı tanıyır. Fikrimcə, “Beşiktaş” ilk xal itkisini də məhz Trabzon səfərində yaşayacaq. “Trabzonspor”un bu görüşdə qələbə qazanacağına inamım böyükdür.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 15.09.2024

Növbəti yazı

Leklerdən ardıcıl 4-cü birincilik