Sürpriz kupon – 15.05.2024

Sürpriz kupon – 15.05.2024

Reyms – Marsel 1-ci hissə – Marsel

Hədəfləri qalmayan “Reyms” üçün mövsüm vaxtlından əvvəl bitib. “Marsel”in isə avrokuboklara getmək şansı qalır. Bu görüşdə qələbə onların şansını bir qədər də artıracaq. Oyun nəticəsi 2 variantına inanıram. Amma bir az da riskə gedərək “Marsel”in 1-ci hissədə qələbəsinə – 2.60 əmsala mərc edirəm.

Brayton – Çelsi QOL/QOL

“Brayton” üçün bu matçda nəticənin ciddi əhəmiyyəti olmasa da, azarkeşləri önündə azı bir qol vurmağa çalışacaq. “Çelsi”yə isə mütləq qələbə lazımdır, bu da qol vurmadan olmur.

Mançester Yunayted – Nyukasl 1-ci hissə cüt şans 12

Avrokuboklara vəsiqə uğrunda matç kimi səciyyələndirilən bu görüşdə qapılara azı 3 qolun vurulacağını təxmin edirəm. Hesabdakı bərabərliyin də fasiləyə qədər pozulacağını gözləyirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 15.05.2024

Növbəti yazı

“Roma”da ayrılıq