Sürpriz kupon – 15.01.2024
“Qalatasaray” – “Kayserispor” Fora: “Qalatasaray” (-1)
Sivas səfərində xal itirən “Qalatasaray” lider “Fənərbağça”nın fərq açmasına imkan verməmək üçün bu qarşılaşmada mütləq qalib gəlməlidir. Son 4 oyunda məğlub olan “Kayserispor” yaxşı formada deyil. “Cim-bom” “Sivasspor”un acığını çıxmaq üçün var gücünü ortaya qoyub doğma arenada rəqibi darmadağın edə bilər.
“Atalanta” – “Frosinone” Fora: “Atalanta” (-1)
Avrokuboklara düşmək uğrunda mübarizə aparan “Atalanta” son 4 ev oyununda qalib gəlib. Seriya A-da yerini qorumağa çalışan “Frosinone” isə ardıcıl 4 oyundur uduzur. Evdə yaxşı performans sərgiləyən berqamoluların fərqli qələbəsinə mərc etmək olar.
Kamerun – Qvineya 1
Kamerun Afrika Millətlər Kubokunu qazanmağı hədəfləyir. Qvineya kifayət qədər ciddi rəqib olsa da, ən azı adlara görə kamerunlulardan çox geri qalır. Daha ambisiyalı və ad-sanlı komandanın qələbə şansları bir qədər yüksək görünür.