Sürpriz kupon – 14.06.2023
Niderland – Xorvatiya QOL/QOL
Millətlər Liqasının ilk yarmfinal matçında Niderland meydan sahibi kimi favorit sayılır. Amma xorvatlar sıradan bir rəqib deyil və bu oyunda proqnozları alt-üst edə bilərlər. Məncə, hər iki komandanın heyətini, qol vurmaq bacarığı olan oyunçularını nəzərə alsaq, bu matç üçün münasib variant qarşılıqlı qollardır.
Cənubi Sudan – Qambiya – 2,5 ALT
Afrika Millətlər Kubokunun seçmə mərhələsinin oyunu. 4 turdan cəmi 3 xal toplayan Cənubi Sudan qrupda sonuncudur. Qambiya isə 6 xalla Konqo yığması ilə 2-3-cü yerləri bölüşüdürür. Hesabında 9 xal olan Mali qrupun lideridir. Qambiyalılar final mərhələsinə vəsiqə verən ilk 2 yerdən birini tutmaq üçün bu turda mütləq qələbə qazanmalıdır. Cənubi Sudana da qələbə çox zəruri olduğundan məncə, gərgin mübarizə gedəcək. Belədə tipik Afrika futboluna xas qeyri-məhsuldar bir oyun və nəticə gözləyirəm – 2,5 alt.
Türkmənistan – Özbəkistan – 2,5 ÜST
Mərkəzi Asiya ölkələrinin beynəlxalq futbol turniri – CAFA Millətlər Kuboku. Bu qrupun oyunlarına Özbəkistan ev sahibliyi etdiyindən, həm də türkmənlərlə müqayisədə çox güclü komandaya sahib olduğundan onların qələbəsinə çübhə etmirəm. Amma qələbənin əmsalı çox azdır. Riskə gedib, 2,5 üst varinatına mərc edirəm.