Sürpriz kupon – 14.04.2024
Atletik Bilbao – Villareal QOL/QOL
La Liqanın “köhnə tanışlar”ı görüşür. Bu oyuna proqnoz verməzdən əvvəl bəzi statistik göstəricilərə nəzər yetirək. Aralarındaki çempionat oyunlarında olan nəticələr: 47 qarşılaşmada 14-15-18 və İspaniya Kubokunda nəticələr: 6 oyun, 5-1-0. Bunları nəzərə alıb qol-qol proqnozunun üzərində dayanırıq.
Napoli – Frosinone 1
“Napoli” bu il stabil çıxış etmir. 5-6-cı yerlərə qalxmaq üçün yaxşı fürsət düşüb. Qonaq komanda turnir cədvəlinin təhlükəli zonasındadır. Səfərdə inamlı oyun göstərə bilmir. ”Napoli” bundan məharətlə istifadə edib qələbə qazanacaq.
Udineze – Roma 2
Hər iki komanda turnir cədvəlinin fərqli pillələrindədir. Seriya A-da 99 oyun keçiriblər. 23-24-52, topların fərqi isə 108-180. İtaliya Kuboku: 6 oyun 1-2-3, topların fərqi 6-9. Göründüyü kimi favorit “Roma”dır. Uğurlu seriyanı davam etdirib mütləq qələbə qazanmalıdır.