Sürpriz kupon – 14.02.2023

Sürpriz kupon – 14.02.2023

“Milan” – “Tottenhem” 2
“Milan” indi heç də yaxşı günlərini yaşamır. Üstəlik aparıcı futbolçuların bir çoxu zədədən əziyyət çəkir.
“Tottenhem” “San Siro”dan qələbə ilə dönsə, bu, sensasiya sayılmamalıdır.

PSJ – “Bayern Münhen” ÜST 2,5
Messi və Mbappe meydana çıxmasa belə, bu cür matçda bol qollar gözləməyə dəyər. 2021-ci ildə Almaniya klubu Parisdə minimal hesablı qələbə qazanmışdı. Münhendə isə PSJ üstün olmuşdu – 3:2.
İnanıram ki, komandalar yenə azarkeşlərə darıxmağa imkan verməyəcəklər.

“Kuinz Park Reyncers” – “Sanderlend” ALT 2,5
KPR 8 oyundur qələbə qazana bilmir. “Sanderlend” isə son turda “Ridinq” üzərində minimal hesablı qalibiyyət əldə edib.
Komandalar son turlarda elə də məhsuldar oynamırlar. Ona görə də ALT 2,5 gözləyirəm.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 14.02.2023

Növbəti yazı

Cokoviç liderliyini davam etdirir, Fritz Oje-Alyassimi geridə qoydu