Günün kuponu – 14.02.2023
“Milan” – “Tottenhem” QOL/QOL
“Milan” 7 oyunluq qələbəsiz seriyadan sonra nəhayət ötən tur “Torino” üzərində minimal hesablı qalibiyyət əldə etdi. Hətta bu oyundan sonra da Stefano Piolinin komandası lider “Napoli”dən 18 xal geri qalır. İndi isə “rossoneri”ni Çempionlar Liqasında “Tottenhem”lə sınaq gözləyir. “Milan”ın əsas problemi heyətdə zədəli futbolçuların çox olmasıdır.
“Tottenhem” Premyer Liqanın son turunda səfərdə “Lester”ə böyük hesabla uduzub – 1:4. Antonio Konte İtaliya futbolunu əzbər bilir, bu 1\8 finalın ilk görüşündə onun komandasına kömək ola bilər.
PSJ – “Bayern Münhen” QOL/QOL
ÇL-də gecənin əsas oyunu Fransa paytaxtında olacaq. Paris klubunun heyətində Mbappe və Messinin meydana çıxması sual altındadır. PSJ son iki matçda məğlub olub. Əvvəlcə kubokda “Marsel”ə, daha sonra Liqa-1-də “Monako”ya.
“Bayern Münhen” son 3 görüşdə rəqiblərinin qapısından 11 top keçirib. Menhenlilər ardıcıl 3 heç-heçədən sonra sonrakı 3 qarşılaşmadan qalib ayrıldılar. Naqelsmannın komandası Bundesliqada turnir cədvəlinə başçılıq etsə də, “Union Berlin” onlardan yalnız 1 xal geri qalır.
Möhtəşəm hücum xəttinə malik olan iki komandanın oyununda qollar gözləməyinə dəyər.
“Norviç” – “Hall Siti” 1
10-cu yeri tutan “Norviç” 11-ci sırada olan “Hall Siti”ni yalnız 1 xal qabaqlayır. “Norviç” son 2 turda məğlub olub.
“Hall Siti” isə 3 oyundur uduzmur. I dövrədə “Hall Siti” doğma divarlar arasında “Norviç”i məğlub etmişdi – 2:1.
Bu dəfə meydan sahibləri qələbəyə sevinə bilərlər.