Sürpriz kupon – 12.09.2024

Sürpriz kupon – 12.09.2024

Adelaida Yunayted – Vestern Sidney 2

Avstraliya kubokunun 1/4 final mərhələsinin bu qarşılaşmasına ETOPAZ cəlbedici əmsallar verir. Komandalar arasında keçirilən son 3 oyunda “Vestern Sidney” qələbə qazanıb. Bu mənada qonaqlar ən azı psixoloji cəhətdən üstün durumdadı. Sürpriz kuponda “Vestern Sidney”in qələbəsinə mərc edə bilərik.

Port – Buriram Yunayted

Hər iki hissədə qol vurulacaq: Bəli

Tayland çempionatının 6-cı turunda azarkeşləri maraqlı qarşılaşma gözləyir. Turnir cədvəlində ilk iki yeri tutan və indiyəcən uduzmayan komandalar üz-üzə gələcək. “Buriram Yunayted” ilk 5 turda bütün oyunları udub, “Port” isə 4 qələbə qazanıb və bir dəfə heç-heçə edib. “Buriram Yunayted” 5 matçda 19, “Port” isə 16 qol vurub. Rəqiblər arasında “Port”un meydanında keçirilən son görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsilə bitib. Ramil Şeydayevin keçmiş komandasının oyununda hər iki hissədə qol vurulacağı ehtimalı az deyil.

Harroqeyt Taun – Donkaster Rovers 2

İngiltərənin sayca dördüncü liqasının lideri autsayderlərdən birinin qonağı olacaq. “Donkaster Rovers” bu mövsüm çempionatda keçirdiyi 5 oyunda 4 qələbə qazanıb. Qonaqlar yaxşı formadadı və liderliyi qorumaq üçün qalib gəlmək gücündədi.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 12.09.2024

Növbəti yazı

Çempionlar Liqasının təqvimi müəyyənləşdi