Fernandu Santuş: “Əsas problemimiz odur ki, intensiv oynaya bilmirik”
Sürpriz kupon – 11.11.2022
“Sparta Rotterdam” – “Tvente” ÜST 2,5
“Tvente” turnir cədvəlində 4-cü, “Sparta” isə 6-cı yeri tutur. Rotterdam təmsilçisi qələbə qazanacağı halda “Tvente” ilə xallarını bərabərləşdirəcək.
“Sparta” son 3 oyunda rəqib qapılarına 8 dəfə yol tapıb, özü isə 4 qol buraxıb.
“Tvente” bir tur öncə “Velveyk”in qapısından 3 cavabsız top keçirmişdi.
Düzdür, bu komandalar arasında son 5 matçda ÜST 2,5 gəlməyib. Lakin indi vəziyyət bir qədər dəyişib.
“Ankaragücü” – “Trabzonspor” 2
Paytaxt klubu “Fənərbaxça” məğlubiyyətindən sonra 3 oyundur ki, uduzmur.
“Trabzonspor” isə son turda “Konyaspor”la bərabərə qalıb – 2:2.
Qara Dəniz klubunun bu il çempionluq şansı azalsa da, komanda heç olmasa ilk “üçlüyə” düşmək istəyir.
Bu qələbə Abdullah Avcının komandasını 2-ci pilləyə çıxara bilər.
Trabzon klubu son 5 görüşün dördündə “Ankaragücü”nü məğlub edib.
“Alanyaspor” – “Adana Demirspor” QOL/QOL
“Adana Demirspor” “Fənərbaxça” və “Beşiktaş”dan sonra çempionatın 3-cü ən məhsuldar komandasıdır.
“Alanyaspor” isə buraxılan qolların sayına görə yalnız “İstanbulspor”dan geri qalır.
Vinçentzo Montellanın rəhbərlik etdiyi Adana klubu Super Liqada iki oyundur qələbə qazana bilmir.
Bu komandalar arasında son 7 matçda qol\qol gəlib