Sürpriz kupon – 11.07.2023
“Klasvik” – “Ferentsvaroş” Birinci qolu qonaqlar vuracaq
Macarıstan təmsilçisini ötən mövsümdən yaxşı xatırlayırıq. Bu komanda rəqibin səhvlərindən istifadə etməyi bacarır. Mövsümün ilk oyunu olduğu üçün qonaqlar optimal formada olmaya bilər. Bununla belə ilk olaraq onların fərqlənəcəyini fikirləşirəm.
“Şemrok Rovers” – “Breidblik” QOL/QOL
İrlandiya və İslandiya klublarının dueli. Qonaqlar əvvəlki mərhələdə “Buduçnost”u asanlıqla mübarizədən kənarlaşdırıb. “Şemrok Rovers” isə İrlandiya çempionatının son iki turunda cəmi 1 xal qazanıb.
“Balkani” – “Ludoqorets” ikinci hissə daha çox qol olacaq
Meydan sahibləri Kosova çempionatında iddialılardan sayılır. “Ludoqorets” hazırlıq dönəmində bütün yoxlama matçlarında qələbə qazanıb. Amma yoxlama oyunları rəsmi matçlardan fərqlənir.