Sürpriz kupon – 09.02.2024
Salernitana – Empoli 1
Salernitana üçün çox kritik görüşdür. Elitada qalmaq ümidi üçün bəlkə də son şansdır. Odur ki, Empoli ilə görüşdə onların qələbə qazanacağını düşünürəm. Sürpriz kuponda risk etməyə dəyər.
Valveyk – Neymegen 3,5 ÜST
Sürpriz kupon olduğunu nəzərə alaraq belə bir seçim təklif edirəm. Niderland liqasında oyunlar bol qollu keçir. Valveyk – Neymegen görüşü də zənnimcə fərqlənməyəcək. Hətta bu görüşdə ən azı 4 qol vurulacağını düşünürəm.
Adana Dəmirspor – Kasımpaşa 2
Kasımpaşa son turlarda həm göstərdiyi oyunla, həm də əldə etdiyi nəticələrlə təəccübləndirə bilib. Son 5 turda 3 qələbə sayəsində onlar avrokubok zonasına yaxınlaşıblar. Adana Dəmirspor isə son 5 oyunda bir qələbə belə qazanmayıb. Komandada böhran olduğu hiss olunur. Bir çox aparıcı oyunçusunu itirən meydan sahiblərinin Kasımpaşa ilə görüşdə şansının olmadığı qənaətindəyəm.