Sürpriz kupon – 08.10.2023
“Villareal” – “Las-Palmas” 1
La-liqada qonşu olan və eyni xala malik olan iki komanda qarşılaşır. Ev sahibi bu oyunun favoritidir. Üç oyundur qalib gələ bilmir. ”Las-Palmas” isə səfərdəki bütün oyunlarda məğlub olub. ”Villareal” özünə gəlmək üçün mütləq qələbə qazanmalıdır.
“Qranada” – “Barselona” 2
Sequndadan İspaniya futbol elitasına qayıdan “Qranada”heç də yaxşı çıxış etmir. 4 xalla 19-cu pillədədir. Yaxşı əhval-ruhiyyədə olan “Barsa” səfərdə “Porto”ya qalib gəldi. Liderliyini davam etdirmək üçün qələbələri sıralayır. Bu oyunda onlardan biri olacaq.
“Bayer”L – “Köln” 1
Ev sahibi çempionata çox yaxşı start verib. 6 oyundan 5-də qələbə qazanıb və 1 heç-heçə edib. ”Köln” isə 6 oyundan cəmi 1 heç-heçə edə bilib. Məğlubiyyət görməyən “Bayer” növbəti qələbəsini qazanıb liderliyini möhkəmləndirəcək.