Sürpriz kupon – 08.04.2024
Yonq AZ Alkmaar – Emmen QOL/QOL
Meydan sahibləri qonaqları cəmi 1 xal qabaqlayır. Ötən tur “Qroningen”ə uduzan “Emmen” bu dəfə səfərdə azarkeşləriylə barışmağa çalışacaq. Statistika qonaqların tərəfindədir. Amma “Yonq AZ Alkmaar” ev matçlarında sürpriz etməyi bacarır. Fikrimcə tərəflər meydanı qolsuz tərk etməyəcək.
Yonq Utrext – Vilyem II 2
Lider “Vilyem” ən yaxın izləyicisini 5 xal qabaqlayır. Maraqlıdır ki, qonaqlar son 4 turda uğurlu seriya yaxalayıb – 4 oyun və 4 qələbə. Meydan sahibləri isə ötən 6 turda xal qazana bilməyib. Riskli olsa belə qonaqların qələbəsini seçirəm.
Rasinq – Alkorkon 2.5 ÜST
Meydan sahibləri yeni mövsümdə La Liqaya qayıtmağa şans qazanıb. Sequndada beşinci pillədə olan “Rasinq” mövqeyini qoruyacağı halda pley-off oynayacaq. Qonaqlar isə mövsümü uğursuz keçirib, ona görə sequndayla vidalaşmağa yaxındır. Maraqlıdır ki, “Rasinq” 2013-cü ildən sonra bu rəqibə qalib gəlməyib. Meydan sahibləri Sequndada ən çox qol vuran iki klubdan biridir. “Rasinq” həm də qapısında ən çox top görən komandadır. Oyunda ən azı 3 qol olacağını fikirləşirəm.