Sürpriz kupon – 07.12.2021
“Şaxtyor” – “Şerif” – 1 [nowbetnow-dynamic dyn_code=896]
Bu mövsüm Çempionlar Liqası Donetsk klubu üçün uğursuz keçdi. Roberto De Dzerbinin komandası heç Avropa Liqasına da vəsiqə qazana bilmədi. “Şerif” isə başından hündürə tullanaraq, qrupda 3-cü yeri tuta bildi. Amma “Şaxtyor” hər halda avrokuboklar mövsümünə qapını möhkəm çırpıb getmək istəyər. Düşünürəm ki, oyun 1 gələ bilər.
“Leypsiq” – “Mançester Siti” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=895]
“Mançester Siti” qrupda 1-ci yeri özünə təmin etdiyindən ola bilsin ki, Almaniyaya əsas heyətlə yollanmasın. “Leypsiq” isə “Brügge” ilə birgə qrupda 3-cü yeri tutmaq uğrunda mübarizə aparır. Almaniya klubunun heyətində itkilər bir yana üstəlik, bu günlərdə baş məşqçi də istefaya göndərildi. Məncə, qol/qol variantı çox da riskli olmaz.
“Portu” – “Atletiko” – 2 [nowbetnow-dynamic dyn_code=900]
Dieqo Simeonenin komandası qrup mərhələsində özünə bənzəmədi. 5 oyunda cəmi 1 qələbə, 1 heç-heçə və 3 məğlubiyyət. Amma nədənsə inanıram ki, madridlilər Portuqaliya səfərindən qələbə ilə dönə biləcək. Nəzərə almaq lazımdır ki, “Portu”nun itkiləri də çoxdur. “Atletiko”da yalnız cəzalı Felipe komandasına kömək edə bilməyəcək.