Sürpriz kupon – 07.04.2024

Sürpriz kupon – 07.04.2024

Frosinone – Bolonya 2

Turnir cədvəlinin təhlükəli zonasında qərarlaşan ev sahibi çempionatın sürpriz komandası olan “Bolonya”nı qəbul edir. Qonaq komanda Çempionlar Liqasının qrupuna düşmək istəyir. Bu qarşılaşmada müəyyən üstünlüyə malikdir. Qalib gəlib yerini möhkəmləndirməyə çox yaxındır.

Volfsburq – Borussiya Münhenqladbax QOL/QOL

Qonşu pillələrdə qərarlaşan iki komanda üz-üzə gəlir. 27 oyundan sonra eyni 28 xala malikdirlər. Aralarındakı oyunlar çox məhsuldar keçir. Böyük hesablı qələbələr və heç-heçələr qeydə alınır. Bunları nəzərə alıb risk etmədən qol-qol variantını seçirik.

Monako – Renn 1

Çempionat sona yaxınlaşdıqca oyunlarda gərginlik artır. “Monako” 2-ci yerdən 1 xal geri qalır. Yerini möhkəmləndirmək üçün yaxşı şansı var. O qədər də stabil çıxış etməyən “Renn”i qəbul edir və bu oyunda favorit sayılır. Doğma arenada növbəti qələbəsini qazanmağa çox yaxındır.

Mr. X

Əvvəlki yazı

Günün kuponu – 07.04.2024

Növbəti yazı

De Zerbi İtaliyaya dönür