Sürpriz kupon – 07.01.2023
Vest-Hem – Bristol S 1
Kubok oyunları öz gərginlikləri iə seçilir. Premyer liqada yaxşı oyunlar nümayiş edən ev sahibi Çempionşip komandasını qəbul edir. Qarşılaşmanın favoriti ev sahibidir. Doğma stadionda azarkeşləri önündə möhtəşəm qələbə qazanacaqlarına inanıram.
Arsenal – Liverpul QOL/QOL
Bu komandalar çempionluq uğrunda da mübarizə aparırlar. Kubok oyunu da çox maraqla gözlənilir. Son 3 qarşılaşmaları məhsuldar keçir. Ona görə qol – qol variantını seçməyimiz ən düzgünü olar.
Braqa – Gimaraeş 1
4-5 ci yerləri bölüşdürən komandalar qarşılaşır. “Braqa” 15 oyundan sonra 32 xalla 4 cü pillədədir. “Gimaraeş” 15 oyundan sonra 29 xalla 5 – ci yerdədir. Bu qarşılaşmada bir az olsa da üstünlük ev sahibinin tərəfindədir. Çətin olmağına baxmayaraq “Braqa” qələbəyə yaxındır.