Sürpriz kupon – 06.11.2022

Sürpriz kupon – 06.11.2022

“Sauthemptom” – “Nyukasl” 2

Çempionatda fərqli məsələlər həll edən iki komanda qarşılaşır.Ev sahibi 13 oyundan sonra 3 qələbə 3 heç-heçə və 7 məğlubiyyəti var.12 xalla 17-ci yerdədir.Təhlükəli zonada qərarlaşıb.Qonaq “Nyukasl” çempionatda ardıcıl uğurlu oyunlar seriyasını davam etdirir.Cəmi 1 məğlubiyyəti var.13 oyun 6 qələbə 6 heç-heçə.24 xalla 4 pillədə möhkəmlənmək istəyir.Çoxdandır avropa turnirlərində iştrak etmir.Çətin səfər oyunu olmağına baxmayaraq ,ehtimal olunan qələbəni qazanacaq.

“Yuventus” – “İnter” QOL/QOL

Seria “A” da “Yuventus” ev oyunlarında bir az stabilləşməyə dögru getməyə başlayıb.Çempionlar liqasında son oyunda məğlub oldu.Avropa liqasında 2 yeri tutmuş komandaların biri ilə pley-offda qarşılaşacaq.Daxili çempionatda özünə gələn “İnter”i qəbul edir.Qonaq komanda çempionlar liqasında pley-offa yüksəlməyi bacarıb.Ev sahibi ilə 6-7 yerləri bölüşürlər.Cəmi 2 xal fərq var.Hər iki komanda məhsuldarlığı ilə seçilir.Hücum xətlərini xüsusi qeyd etmək lazımdır.Favorit bu oyunda görmürəm.Proqnoz qol-qol.

“Bayer”L – “Union”B QOL/QOL

Çempionatda hər iki komanda fərqli məqsədlər üçün çalışır.Ev sahibinə xas olmayan mənzərə ilə qarşılaşıb.Çoxdan idi ki “Bayer” leverkuzen belə zəif start götürməmişdir.12 oyundan sonra 9 xalla 16-cı pillədə yerləşir.Təhlükəli zonadan aralanmaq mücadelesi aparır.Avropa turnirində pley-offa yüksələ bildi.Hamı üçün gözlənilmədən bugün lider “Union”dur.Hələlik 12 oyundam sonra 26 xalla 1-ci yerdə qərarlaşıb.İzləyicilər cəmi liderdən 1-2 xal geri qalır.Hər iki komanda məqsədlərinə çatmaq üçün hücum futbolu nümayiş etdirəcəklər.Bunu nəzərə alıb qol-qol proqnozunun üzərində dayanırıq.

Mr. X

Əvvəlki yazı

Günün kuponu – 06.11.2022

Növbəti yazı

Superkubokun təqvimi açıqlandı