Sürpriz kupon – 06.04.2024

Sürpriz kupon – 06.04.2024

Borussiya Dortmund – Ştutqart 1

“Dortmund”un son turda səfərdə “Bavariya”nı məğlub etməsi şübhəsiz ki, komandada əhval ruhiyyəni artırdı. Hər iki komanda, hal hazırda turnir cədvəlində 3-4-cü yerləri bölüşdürür. Amma “Borussiya”nın evdə, möhtəşəm azarkeşləri önündə oynaması onlara oyunda üstünlük verəcək. “Dortmund”lular ilk dövrədəki və kubok oyunundakı məğlubiyyətin əvəzini çıxmağa çalışıb 3 xalın sahibi olacağını düşünürəm.

Fulhem – Nyukasl QOL/QOL

Hər iki komandanı döyüşkən adlandırmaq olar. Sərgilədikləri oyunlar bu sözü deməyə imkan verir. Ev sahibləri hətta səviyyəli rəqiblərinin qapısına rahatlıqla yol tapır. Buna misal “Tottenhem”ə vurduqları 3 qolu yada salmaq kifayətdir. Eyni sözləri “Nyukasl”a da aid etmək olar. Hücum və açıq futbol oynamağı sevən komandadır. Düşünürəm ki, məhsuldar bir oyun olacaq.

Karlsrue – St Pauli QOL/QOL

Almaniya 2-ci Bundesliqada qollu oyun nümayiş etdirən komandaların dueli. Statistikaya nəzər salsaq, aralarındakı oyunlarda hər iki komanda meydanı qolsuz tərk etmir. İnanıram bu dəfə də ənənələrinə sadiq qalacaqlar.

Mr. V

Əvvəlki yazı

Günün kuponu – 06.04.2024

Növbəti yazı

Qrey “Bavariya”nın hədəfində