Sürpriz kupon – 05.01.2023
“Sportinq” – “Eştoril”
“Sportinq” sıfırla qazanacaq
“Eştoril” son 6 turda cəmi bir dəfə məğlub olub. Komanda dekabrın əvvəli “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Braqa”ya 1:3 hesabı ilə boyun əyib.
“Primeyra”nın hazırki lideri isə 4 oyunluq qələbə seriyasına malikdi. Lissabonlular ev oyunlarında da ardıcıl 8 dəfə qalib gəlib. Rəqiblər arasında son 4 oyun “Sportinq”in qələbəsi ilə bitib və komanda bu oyunlarda 1 qol da buraxmayıb. Bu dəfə də istisna olmayacağını proqnozlaşdıra bilərik.
“Brentford” – “Vulverhemton” 2
Bir həftə əvvəl Premyer Liqa mübarizəsində “Brentford”u səfərdə 4:1 hesabı ilə darmadağın edən “Vulverhempton” bu dəfə eyni rəqiblə kubok mübarizəsində üz-üzə gələcək. Meydan sahibləri heç də ən yaxşı günlərini yaşamırlar. Qonaqlar isə əksinə, əla formadadılar.
“Qaziantep” FK – “Pendikspor” 1
“Super Liq”də yerini qorumağa çalışan iki komandanın duelində meydan sahibləri favoritdi. Qazianteplilərin səfərdə “Fatih Karagümrük”ü 3:0 darmadağın edəndən sonra psixoloji bataqlıqdan çıxdıqları güman olunur. Beş oyundur qələbə qazana bilməyən “Pendikspor”un isə vəziyyəti çox pisdi.