Günün kuponu – 05.01.2023
“Fulhem” – “Rotterhem” Fora: “Fulhem” (-1)
Son oyunda “Arsenal”ı 2:1 məğlub edən meydan sahibləri aydın məsələdir ki, bu qarşılaşmada aşkar favoritdir. Çempionşipin autsayderi ilə matçda “Fulhem”dən ən azı 2 top fərqi ilə qələbə gözləmək olar.
“Beşiktaş” – “Kasımpaşa” ÜST 2.5
İki məhsuldar komandanın görüşündə çoxları haqlı yerə bol qol gözləyir.
Turnir cədvəlində əzəli rəqiblərindən xeyli geri qalan “qara qartallar” Rza Çalımbayın gedişindən sonra azarkeşləri önündə özünü göstərməyə çalışacaq.
“Antalyaspor” – “Alanyaspor” QOL/QOL
“Aralıq dənizi” derbisi səbrsizliklə gözlənilir. Dortmund “Borussiya”sına gedən Nuri Şahini əvəzləyən Sərgən Yalçın “Antalyaspor”un baş məşqçisi kimi ilk matçında 4 il əvvəl çalışdırdığı “Alanyaspor”la üz-üzə gələcək. Alanyalılar əla formadadır. Fatih Tekkenin komandası 3 oyundur ardıcıl qələbələr qazanır və 4 oyundur uduzmur. Rəqiblərin hərəyə ən azı 1 qol vuracağını təxmin etmək olar.