Sürpriz kupon – 05.01.2022

Sürpriz kupon – 05.01.2022

“Alkoyano” – “Real Madrid” – 2,5 ÜST [nowbetnow-dynamic dyn_code=1015]

3-cü liqa təmsilçisi “Alkoyano” üçün La Liqa əlçatmaz xəyal olduğundan bu komanda indiyədək “Real”la yalnız İspaniya Kubokunun ilkin raundlarlnda qarşılaşıb. 3 matçın birində 4:1, digərində 3:0 hesabları qeydə alınıb, təbii ki, “Real”ın xeyrinə. Keçən yanvarda baş tutan görüşün isə əsas vaxtı qarşılıqlı qollarla (1:1) bitmiş, əlavə vaxtda “Real” sensasion məğlubiyyətlə üzləşmişdi. İndi “Hetafe” məğlubiyyətindən sonra “yaralı aslan”ı xatırladan “Real”ın yarımhəvəskar rəqibini darmadağın edəcəyinə inanıram. Qol/qolun əmsalı daha yüksəkdir, mərc etmək olar, amma “Real”dan da baş açmaq çətin işdir. 6:0 hesabı ilə də qalib gələ bilər, sonra gəl, o qol/qola görə “yan tökül” də..

“Leqanes” – “Real Sosyedad” – 2 [nowbetnow-dynamic dyn_code=1016]

La Liqada sonuncu dəfə noyabrın 7-də “Levante”ni məğlub edən san-sebastyanlılar ardıcıl 6 oyundur qələbə qazanmır. Əvəzində bu müddətdə  İspaniya Kubokunun 1/64 və 1/32 raundlarlnda həvəskar rəqiblərinin birinə səfərdə 4, digərinə 3 cavabsız qol vurublar. Düzdür, sequndada çıxış edən “Leqanes” hansısa “Panaderiya” və ya “Zamora” ilə müqayisədə xeyli ciddi və təhlükəli rəqibidir. Amma fikrimcə “Real Sodyedad” sequndada 17-ci yerdə olan bir rəqibi hər bir halı ilə məğlub etməyə qadirdir.

“Çelsi” – “Tottenhem” – QOL/QOL [nowbetnow-dynamic dyn_code=1017]

İngiltərə Liqa Kubokunun ilk yarımfinal oyunu. Qarşıda hələ cavab matçı da olduğundan ilk görüşdə tərəflərin ehtiyatlı oynaması mümkündür, amma əksi də ola bilər. Tərəflərin son 3 kubok duelindən ikisində mərhələni adlayan tərəf “Tottenhem” olub. Bu dəfə də Hari Keyn və yoldaşlarının London derbisində nüfuzlu rəqibinə problem yaradacağını gözləyirəm. Nə qədər ki, “Çelsi”nin baş məşqçisi Tomas Tuxellə komandanın əsas qol silahı Romelu Lukaku arasında problem çözülməyib, “zadəganlar”ın oyunlarında istənilən nəticə mümkündür.

İlkin Fikrətoğludan ən son “Sürpriz Kupon”

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 05.01.2022

Növbəti yazı

“Çikaqo”dan 10 mövsümün rekordu