Sürpriz kupon – 04.11.2023
“Borussiya Dortmund” – “Bayern Münhen” X
Çempionluq uğrunda mübarizə aparan komandaların duelini “həftənin matçı” adlandırmaq olar. Hər iki komanda Bundesliqaya uğurlu start verib və məğlubiyyətsiz irəliləyir. Qonaqlar Çempionlar Liqasında da ardıcıl 3 qələbədən sonra faktiki qrupdan çıxmağı təmin edib. Amma “Bayern” bu həftə gözlənilmədən 3-cü liqadan “Saarbrüken”ə uduzaraq ölkə kubokunda mübarizəni dayandırdı. “Borussiya Dortmund” isə hələ ki, bütün turnirlərdə mübarizəni davam etdirir. Aşkar favoritin olmadığı qarşılaşmada heç-heçə variantına mərc edə bilərik.
“Brentford” – “Vest Hem” QOL/QOL
“Brentford” Premyer Liqadakı son matçında “Çelsi”ni səfərdə 2:0, “Vest Hem” isə Liqa kubokunda “Arsenal”ı 3:1 udub. Turnir cədvəlinin 9-10 cu pillələrində qonşu olan rəqiblərin hərəsinin ən azı bir dəfə fərqlənəcəyini ehtimal etmək olar.
“Fulhem” – “Mançester Yunayted”
Fora “Fulhem” (1)
Bu oyun Erik Ten Haqın “Mançester Yunayted”dəki karyerasını bitirə bilər. “Mançester Siti” və “Nyukasl”a eyni hesabla – 0:3 uduzan “qırmızı şeytanlar” bu qarşılaşmada da məğlub olsa, yəqin ki, Ten Haq istefaya göndəriləcək.
Bu mövsüm keçirdiyi 4 ev qarşılaşmasından ikisini qələbə ilə bitirən, son liqa kuboku mücadiləsində isə “İpsviç”i 3:1 udan “Fulhem” psixoloji olaraq daha yaxşı durumdadı.