Sürpriz kupon – 04.07.2024

Sürpriz kupon – 04.07.2024

Gremio RS – Palmeiras SP X

Sürpriz axtarışında olanlar üçün yaxşı seçim ola bilər. Bu komandaların son 3 oyununda heç-heçə qeydə alınmayıb. Bu seriya hardasa qırılmalıdır. Zənnimcə bu, məhz bu turda yaşanacaq. Risk etməyə dəyər.

Argentina – Ekvador İstənilən vaxt qol vuracaq: Lionel Messi

Argentina qrupda 5 qol vurub 9 xal toplasa da, bu matçlarda Messi fərqlənə bilməyib. Messi millidə oynadığı bütün böyük turnirlərdə qol vurmağı bacarıb. Bu Copa Amerikada da Messinin qol vuracağını bunu məhz Ekvadorla matçda edəcəyini düşünürəm.

Levadia Tallin – Flora Tallin 3,5 ÜST

Estonia liqasının ən çox qol vuran iki komandasının və ilk sıralarda yer olan kollektivlərin görüşü. Bu iki komanda 19 oyuna 81 qol vurub ki, bu digər 8 komandanın qol cəminin təxminən yarısı qədərdir. Bu rəqəmlər bizi bol qollu qarşılaşmanın olacağını deyir. Məncə Tallin derbisində azı 4 qol görəcəyik.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 04.07.2024

Növbəti yazı

Günün şansı – 03.07.2024