Superkubokun təqvimi açıqlandı

Superkubokun təqvimi açıqlandı

İspaniya Superkubokunun oyunlarının təqvimi açıqlanıb. Turnir 2023-cü ilin yanvarında təşkil olunacaq.

Yarış Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək. Superkubokda “Real”, “Barselona”, “Valensiya” və “Betis” mübarizə aparacaq.

Yanvarın 11-də baş tutacaq ilk yarımfinalda “Real”la “Valensiya” görüşəcək. Ertəsi gün “Barselona” ilə “Betis” qarşılaşacaq. Final ayın 15-də baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 06.11.2022

Növbəti yazı

Sakkaridən unikal göstərici