Superkubokda rekord
“Mançester Siti” UEFA Superkubokunun qalibi olub. İngiltərə klubu həlledici matçda “Sevilya”ya qalib gəlib – 1:1, p. 5:4.
Bu, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiolanın 4-cü Superkuboku olub. Bununla da ispaniyalı mütəxəssis rekordu təkrarlayıb. Ona qədər yalnız Karlo Ançelotti Superkuboku 4 dəfə qazanıb.
Qeyd edək ki, Qvardiola 2009, 2011, 2013, 2023-cü illərdə Superkubokun qalibi olub. O, üç klubla – “Barselona”, “Bavariya” və “Mançester Siti” ilə uğur əldə edib.