“Sumqayıt”dan səfər qələbəsi

“Sumqayıt”dan səfər qələbəsi

Azərbaycan Premyer Liqasında 19-cu turun oyunları keçirilir. “Qəbələ” “Sumqayıt”ı qəbul edib.

Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Tərəflərin səylərinə baxmayaraq ilk hissədə hesab açılmayıb. Qonaqlar ikinci yarıda istəyinə çatıb. Kasimir Ninqa fərqlənib. Meydan sahibləri qoldan sonra hücumlarını artırsa da, hesab dəyişməyib. “Sumqayıt” Qəbələdən 1:0 hesablı qələbə ilə dönüb.

Qeyd edək ki, tura “Qarabağ” – “Araz-Naxçıvan” matçı ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 24.01.2024

Növbəti yazı

“Qarabağ” 3 xalı 3 qolla qazandı