“Sumqayıt”dan qələbə, “Kəpəz” “Sabah”dan xal aldı

“Sumqayıt”dan qələbə, “Kəpəz” “Sabah”dan xal aldı

Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçirilir. Bu gün daha 2 görüş baş tutub.

“Kəpəz” “Sabah”ı qəbul edib. Matça qonaqlar fəal başlayıb. Coy Lens Mikels hesabı açıb. Lakin iki dəqiqə sonra gəncəlilər bərabərlik topunu vurub. Abdullahi Şuaybu fərqlənib. Hissənin sonlarında o, dubl müəllifi olub. “Sabah”ın buna cavabı matçın bitimində gəlib. Aleksey Koşuk oyunda son nöqtəni qoyub – 2:2.

Tura Sumqayıtda yekun vurulub. Şəhərin eyniadlı komandası “Səbail”i qonaq edib. Meydan sahibləri oyuna üstün start verib. 9-cu dəqiqədə hesab açılıb. Stiven Pereyra fərqlənib. “Sumqayıt” ikinci hissədə daha bir qol vurub. Vüsal İsgəndərli adını tabloya yazdırıb – 2:0.

ETOPAZ

Əvvəlki yazı

Fransa Mərakeşlə matça itkilərlə çıxacaq

Növbəti yazı

64 ilin rekordu