64 ilin rekordu
Dünya çempionatının yarımfinal mərhələsinin ikinci oyununa start verilib. Fransa Mərakeşlə qarşılaşır.
İlk hissədən sonra hesab avropalıların xeyrinədi – 1:0. Yeganə qolun müəllifi Teo Ernandes 64 ilin rekorduna imza atıb. O, hesabı 5-ci dəqiqədə açıb. Yarımfinalda sonuncu belə erkən qola 1958-ci ildə rast gəlinib. Braziliyalı Vava 2-ci dəqiqədə Fransanı məyus etmişdi.
Qeyd edək ki, Fransa – Mərakeş matçının qalibi finalda Argentina ilə qarşılaşacaq.