“Sumqayıt”dan ev qələbəsi
Azərbaycan Premyer Liqasında XXI turun ikinci günü start götürüb. Günün ilk oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilib.
10 ildən sonra çempionat matçını qəbul edən arenada “Sumqayıt” “Neftçi”ni qəbul edib. Görüşün taleyi ilk 45 dəqiqədə həll olunub.
İki qol vuran Kasimir Ninqa meydan sahiblərinə böyük üstünlük qazandırıb – 2:0. Bakılılar bu toplardan birinin əvəzini çıxa bilib. Filip Ozobiçin penaltidən fərqlənib. Sumqayıtlılar üç qolun vurulduğu matçda üç xal əldə ediblər – 2:1.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.