Sumqayıtda qolsuz sülh
Azərbaycan Premyer Liqasında XXIII turun ikinci gününə start verilib. Günün ilk matçı Sumqayıtda keçirilib.
Eyniadlı komanda “Turan Tovuz”u qəbul edib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb – 0:0.
Qeyd edək ki, tura bu gün keçiriləcək “Neftçi” – “Zirə” matçı ilə yekun vurulacaq. Təxirə salınan “Qəbələ” – “Qarabağ” qarşılaşması isə fevralın 28-də təşkil olunacaq.