“Sumqayıt” tarixində 1-ci dəfə

“Sumqayıt” tarixində 1-ci dəfə

“Sumqayıt” tarixinin ən böyükhesablı qələbəsini qazanıb. Samir Abasovun yetirmələri buna Azərbaycan kubokunun II təsnifat mərhələsində imza atıblar.

“Gənclik şəhəri” təmsilçisi “Lerik”lə səfər görüşündə 6:0 hesablı qələbə qazanıb. Bu, 2010-cü ildə yaradılan klubun tarixində 6 top fərqli ilk qələbədir.

“Sumqayıt” bunadək ən böyük qələbəsini Premyer Liqada əldə edib. 2022-ci il mayın 21-də “Səbail”lə ev görüşündə “Gənclik şəhəri” təmsilçisi 5 cavabsız qolla qalib gəlib.

ETOPAZ

Əvvəlki yazı

“Araz-Naxçıvan”dan ilklər

Növbəti yazı

Fatinin durumuna aydınlıq gəldi