Sulşeri əvəzləməyə üç namizəd

Sulşeri əvəzləməyə üç namizəd

İngiltərənin “Mançester Yunayted” klubu baş məşqçisi Ole-Qunnar Sulşeri istefaya göndərməyə hazırlaşır. Premyer Liqa təmsilçisinin rəhbərliyi Çempionlar Liqasındakı uğursuz startdan narazı qalıb.

Mançesterlilər artıq onu əvəzləməyə namizədlər siyahısı da tərtib edib. Burada üç mütəxəssisin adı var.

Bunlar Zinəddin Zidan, Antonio konte və Brendan Rocersdir. Sulşer istefaya göndərilsə, bu üç mütəxəssisdən biri “Mançester Yunayted”in “sükanı arxası”na keçəcək.

ETOPAZ

Əvvəlki yazı

Okafor özünə komanda tapdı

Növbəti yazı

“Barselona”nın büdcəsi təsdiqləndi