Suarez mövsümün futbolçusu seçildi

Suarez mövsümün futbolçusu seçildi

Braziliya çempionatında mövsümün futbolçusu bəlli olub. Bu ada Luis Suarez layiq görülüb.

Bunu “Qremio”nun mətbuat xidməti açıqlayıb. 36 yaşlı hücumçu qalibə verilən “Qızıl top”un sahibi olub. Ona mükafatı Uruqvay millisinin sabiq müdafiəçisi Dieqo Luqano təqdim edib.

Suarez cari mövsümdə 33 matçda 17 qol vurub və 11 məhsuldar ötürmə verib. “Qremio” turnir cədvəlini 2-ci yerdə başa vurub.

ETOPAZ

Əvvəlki yazı

Anderson “Yuventus”un maraq dairəsində

Növbəti yazı

“Barselona” Gimaraynşı istəyir