Sterlinq 3-cü yerə şərik oldu

Sterlinq 3-cü yerə şərik oldu

“Mançester Siti”nin futbolçusu Rahim Sterlinq Çempionlar Liqasında 23-cü qolunu vurub. İngiltərəli hücumçu qrup mərhələsinin V turunun PSJ ilə matçında (2:1) fərqlənib.

Sterlinq qitənin ən nüfuzlu klub turnirində ən çox qol vuran ingiltərəlilər arasında 3-cü yerə şərik olub. O, Frenak Lemparda çatıb.

Rahim yalnız iki oyunçudan geri qalır. Pol Skoulzun hesabında 24 top var ki, Sterlinqin ona çatması üçün cəmi bir qol lazımdır. İngiltərəlilər arasında mütləq rekord Ueyn Runiyə məxsusdur. O, Çempionlar Liqasında 30 dəfə fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

“Hyuston” seriyaya son qoydu

Növbəti yazı

Kevin Dyurant “Top-25”də