Sterlinqə 50 milyon

Sterlinqə 50 milyon

“Real” hücum xəttini gücləndirməyi planlaşdırır. Kilian Mbappeni heyətinə qata bilməyən İspaniya klubunun əsas hədəfi Rahim Sterlinqdir.

Madridlilər “Mançester Siti”nin vingerini bu yay transfer etmək niyyətindədir. İspaniyalılar Kilianla ilkin razılıq əldə etsə də, 23 yaşlı hücumçu sonda PSJ-də qalmağa üstünlük verib. Bu üzdən də Rahimə elçi düşən “Real” transfer üçün 50 milyon funt sterlinq xərcləməyə hazırdır.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 24.05.2022

Növbəti yazı

Hamşik milli karyerasını bitirdi