“Statistikam ən yaxşı olduğumu deyir”

“Statistikam ən yaxşı olduğumu deyir”

“Ağıllı olmalı və anlamalısan ki, 18, 20 və ya 25 yaşında 35 yaşındakı kimi deyildin. Nəsə qazanmaq üçün başqa bir şeyi qurban verməlisən”.

Bunu “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo deyib. 37 yaşlı superulduz hələ də özünü ən yaxşı futbolçu hesab edir: “Ən yüksək səviyyədə rəqabət aparmaq üçün düzgün tarazlığa ehtiyacınız var. Bu asan deyil, amma mənim vəziyyətimdə asan görünür. Çox yaxşı olduğumu söyləməyə ehtiyacım yoxdur. Mənim statistikam bunu deyir. Ona görə də formamdan çox razıyam. Hələ də qol vururam, “Mançester Yunayted”ə kömək edirəm”.

Qeyd edək ki, Kriştiano Ronaldo “Mançester Yunayted”ə ötən ilin yayında “Yuventus”dan keçib.

ETOPAZ

Əvvəlki yazı

UEFA-nın baş katibi: “Qarabağ”ın feyr-pley jesti ondan da yaxşı idi”

Növbəti yazı

Həftənin ən yaxşısı açıqlandı