Start sindromu qırıldı
Portuqaliya millisi DÇ-2022-yə qələbə ilə başlayıb. Fernandu Santuşun yetirmələri ilk turda Qananı 3:2 hesabı ilə məğlub edib.
Pireneylilər 16 ildən sonra mundialın startında 3 xal qazanıb. Portuqaliya yığması 2006-cı Anqolanı 1:0 hesabı ilə üstələyib.
Sonrakı üç çempionatın startı uğursuz alınıb. Həmin vaxt komanda yarımfinala qədər irəliləyib.
Qeyd edək ki, Portuqaliya millisi 1966 və 1986-cı illərdə də çempionatın ilk turunda qalib gəlib.