Son vəsiqə Sakkaridə
Qadın tennisçilər arasında ilin yekun turnirinin son iştirakçısı bəlli olub. “WTA Finals”a son vəsiqəni Mariya Sakkari qazanıb.
O, Qvadalaxara turnirində Veronika Kudermetovaya qalib gəlib. Bu da yunanıstanlı tennisçinin Fort-Uorta yolunu açıb.
Ardıcıl ikinci dəfə yekun turnirində oynayacaq Mariyaya qədər İqa Şventek, Ons Jaber, Cessika Pequla, Kori Qauff, Karolin Qarsiya, Arina Sobolenko və Darya Kasatkina da bu yarışa vəsiqə əldə edib.
Qeyd edək ki, “WTA Finals” oktyabrın 31-dən noyabrın 7-dək keçiriləcək.