Son dəqiqə xilaskarı

Son dəqiqə xilaskarı

“Leykers” NBA-da növbəti qələbəsini qazanıb. Los-Anceles təmsilçisi “Toronto”ya 128:123 hesabı ilə qalib gəlib.

Bu görüşdə kaliforniyalıları Rassell Uestbruk xilas edib. O, son dəqiqədə hesabı bərbərləşdirərək oyunu əlavə vaxta daşıyıb.

Rassell karyerasında 53-cü dəfə son dəqiqədəki atışı ilə ya heç-heçə, ya da qələbə gətirən xalın müəllifi olub. Bu, onun NBA-da debüt etdiyi 2008-ci ildən sonrakı dövr üçün mütləq rekorddur. Demian Linqard 52, Kevin Dyurent və Lebron Ceyms hərəyə 51 dəfə son 60 saniyədə xilaskar rolunu oynayıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 22.03.2022

Növbəti yazı

Alves 400-ə çatdı