Son 4 mövsümdə ilk

Son 4 mövsümdə ilk

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında yubiley qələbəsini qazanıb. Kurban Berdıyevin yetirmələri III turda “Kəpəz”i səfərdə məğlub edib – 3:0.

Bu, Premyer Liqada 3-cü mövsümünü keçirən klubun 75-ci matçı və 25-ci qələbəsi olub. “Turan Tovuz” evdə 13, səfərdə 12 dəfə qalib gəlib.

Qərblilər cari mövsüm ilk üç turda qol buraxmayıb. Bu, son 4 mövsümdə ilk belə seriyadır. Çempionatın ilk üç oyununda qol buraxmayan sonuncu komanda “Şamaxı” olub. “Keşlə” adlanan klub üçün 2020/21 mövsümünün startı uğurlu alınıb.

ETOPAZ

Əvvəlki yazı

Mikelsdən yubiley

Növbəti yazı

Günün kuponu – 20.08.2024