Son 1/4 finalçılar bəlli oldu

Son 1/4 finalçılar bəlli oldu

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub. Son oyun günündə 2 qarşılaşma baş tutub.

“Real” “Liverpul”u qəbul edib. İlk matçda 5:2 hesabı ilə qalib gələn madridlilər bu görüşə də fəal başlayıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda 1 qol vurulub. 78-ci dəqiqədə Kərim Benzema meydan sahiblərini sevindirib.

“Napoli” isə “Ayntraxt”la qarşılaşıb. İlk oyunda 2:0 hesabı ilə qələbə qazanan neapollular ikinci qarşılaşmada da üstün olub. Hesab birinci hissənin sonlarında açılıb. Viktor Osimhen fərqlənib. İkinci yarının əvvəllərində nigeriyalı dublunu rəsmiləşdirib. Bir qədər sonra isə Pyotr Zelinski oyunda son nöqtəni qoyub – 3:0.

ETOPAZ

Əvvəlki yazı

“Sabah” “Zirə”dən üstün oldu

Növbəti yazı

Ən yaxşı adına 4 namizəd