Sofiya Kenin qayıdır, Serena Uilyams yenə kənarda

Sofiya Kenin qayıdır, Serena Uilyams yenə kənarda


İndian-Uellsdə keçiriləcək turnirin iştirakçıları müəyyənləşib. Oktyabrın 7-17-də təşkil olunacaq yarışda dünya tennisinin liderlərinin əksəriyyəti də mübarizə aparacaq. Kişilərin yarışında “Top-80”dən yalnız üç nəfər olmayacaq. Bunlar Rafael Nadal, Dominik Tim və Rocer Federerdir. Zədə səbəbindən bir müddət kortlardan kənar qalan Sten Vavrinka, Miloş Raoniç və Born Çoriç də turnirdə qüvvəsini sınayacaq.
Qadınların yarışında “Top-75”dən yalnız Serena Uilyams, Ven Szyan və Laura Ziqemund turnirdə oynamayacaq. Sofiya Kenin isə “Uimbldon”dan sonra ilk dəfə korta çıxacaq.

ETOPAZ

Əvvəlki yazı

Lillard üçün çempionluq yolu

Növbəti yazı

Messi: “Matçdan sonra həddən artıq şokda idim”