Sofiya Kenin koronavirusa yoluxdu

Sofiya Kenin koronavirusa yoluxdu


“US Open”də qadınların turnirini buraxacaq tennisçilərin siyahısına Sofiya Kenin də əlavə olunub. Dünyanın 5-ci raketkası koronavirus səbəbindən turnirə qatılmayacaq. Onun testi müsbət nəticələnib. Bunu idmançının özü açıqlayıb: “Testim müsbət nəticə verdi. Vaksinasiya olunduğum üçün simptomlar yüngüldür. Amma turnirdə iştirak edə bilməyəcəyəm. Ümid edirəm ki, tezliklə sağalacağam və payız turnirlərində gücümü sınayacağam”.
Kenindən əvvəl Serena və Vinus Uilyams da “US Open”də oynamayacaqlarını açıqlayıb. Onlar zədə səbəbindən kənarda qalıblar.

ETOPAZ

Əvvəlki yazı

“Portlend”lə çempion olmaq istəyirəm”

Növbəti yazı

NBA-dan İsrailə