Sobolenkodan ardıcıl ikinci titul
“Australian Open”də qadın tennisçilərin mübarizəsi başa çatıb. Qalib bugünkü finalda müəyyənləşib.
Çempion tituluna Arina Sobolenko sahib çıxıb. Belaruslu finalda Qinven Janqla qarşılaşıb və iki setdə qələbə qazanıb – 6:3, 6:2.
Sobolenko bu turnirdə ardıcıl ikinci dəfə qalib adına yiyələnib.