Sobolenko və Pequla Dohadan kənarda
Dohada keçiriləcək WTA-1000 turnirinin iştirakçı siyahısında dəyişikliklər olub. Dünyanın ikinci raketkası Arina Sobolenko da yarışda iştirak etməyəcək.
ABŞ təmsilçisi Cessika Pequla da turnirə qatılmayacaq. O, hazırda dünya reytinqində dördüncüdür.
Onları turnirdə əvəz edəcək tennisçilər də bəllidir. Mirra Andreyeva və Piton Sterns Dohada korta çıxacaq.
Qeyd edək ki, Doha turniri fevralın 11-17-də baş tutacaq.