Sobolenko əsrin 4-cüsü olmağın bir addımlığında
Dünyanın ikinci raketkası Arina Sobolenko “Australian Open”in finalına qədər bir set də uduzmayıb. O, həlledici matçda da quru hesabla qalib gəlsə, tarixə düşəcək.
Arina 21-ci əsrdə set uduzmadan çempion olan 4-cü tennisçi olmaq imkanına malikdir. Mariya Şarapova 2008, Serena Uilyams 2017, Eşli Barti 2022-ci ildə belə uğura imza atıb.