Slonina ilə 6 illik müqavilə

“Çelsi” “Çikaqo Fayr”ın qapıçısı Qabriel Sloninanı heyətinə qatmaq üzrədir. Premyer Liqa klubu 18 yaşlı qolkiperlə müqavilə imzalamağa yaxındır.

ABŞ yığmasının üzvü ilə 6 illik sözləşmə bağlanması gözlənilir. Ancaq Qabriel icarə əsasında “Çikaqo Fayr”da qalacaq. Bonuslar da nəzərə alınmaqla transferin məbləği 15 milyon avroya qədər çata bilər. Qapıçı tibbi müayinədən keçdikdən sonra paytaxt təmsilçisi ilə münasibətləri rəsmiləşdirəcək.

Qeyd edək ki, Qabriel Slonina 2021/22 mövsümündə 23 oyunda iştirak edib, onun 10-da qapısının toxunulmazlığını qoruyub. 

ETOPAZ

Əvvəlki yazı

Kunde transferi 62 milyona başa gələcək

Növbəti yazı

“Qarabağ”ın Çempionlar Liqasının pley-offundakı potensial rəqibi müəyyənləşdi