Şkrinyar “İnter”dən ayrılır
Milan Şkrinyar “İnter”lə müqaviləni yeniləməkdən imtina edib. 27 yaşlı müdafiəçinin klubla razılaşması 2023-cü ilin yayına kimi nəzərdə tutulub.
Şkrinyar düşünmək üçün vaxta ehtiyacı olduğunu və agenti Roberto Sistici ilə yeni təklifləri dəyərləndirəcəyini bildirib. Daha əvvəl italyanlar Şkrinyara illik 6,5 milyon avro məvacib təklif etsələr də, futbolçunun 8 milyon istəyir. “İnter” isə bu qədər pul ödəməyə hazır deyil.