Skolari istefaya göndərildi

Skolari istefaya göndərildi

Braziliyalı mütəxəssis Luis Felipe Skolari istefaya göndərilib. 72 yaşlı mütəxəssis “Qremio” klubunun baş məşqçisi vəzifəsindən ayrılıb.

Bunu klubun rəsmi saytı açıqlayıb. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma ilə xitam veriblər. Skolari “Qremio”da cəmi 3 ay 2 gün çalışıb.

O, bundan əvvəl rəhbərlik etdiyi “Kruzeyro”da da cəmi 3 ay fəaliyyət göstərib. Skolari zəngin kareyrası ərzində Portuqaliya və Braziliya milli komandaları, “Çelsi”, “Quançjou” və “Palmeyras” kimi klublara da rəhbərlik edib.

ETOPAZ

Əvvəlki yazı

“İnter” üç futbolçusunu satır

Növbəti yazı

Canni De Byazi: “İnanmaq və irəliləmək lazımdır”